Tovuzda bədbəxt hadisə baş verib. Rayona istirahət etmək üçün gələn Göygöl rayon sakini dərinliyi 40 metrdən çox olan dərəyə yıxılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Tovuzun Əsrik-Cırdaxan kəndi ərazisindəki istirahət mərkəzlərinin birində qeydə alınıb.
27 yaşlı Səbuhi İmamov ehtiyatsızlıqdan dərəyə yıxılıb və müxtəlif bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub və zərərçəkmiş oradan çıxarılaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.