Xəzər Xəbər

Bölgələrdə kirayə evlərin sayı artır - VİDEO

Veb TV | 21:23 • 20 İyul 2019
Bölgələrdə kirayə evlərin sayı artır -

Bölgələrdə ev alıb kirayə verənlərin sayı artıb. Rieltorlar son günlər mənzil bazarında canlanma olduğunu deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, belə evlər daha çox turistik zonalardadır. İnsanlar ev alıb onları günlük kirayəyə verirlər. Buna səbəb isə günlük kirayənin aylıqdan daha sərfəli olmasıdır.

Cənub bölgəsində belə evlərin hər cür şəraitinin olmasına fikir verilir ki, kirayə verən zaman da baha qiymət qoyula bilsin.

Mingəçevirdə də belə evlərə tələbat artıb. Rieltorların sözlərinə görə, gündəlik kirayə evlər üçün onlara daha çox müraciət olunur. Mingəçevirdən mənzil alanlar isə əsasən xaricdə yaşayan həmyerlilərimizdir. Onlar 1-2 otaqlı evlər alaraq, onları əşyalarla təchiz edib, kirayə verirlər.

Bərdə də kirayə mənzil bazarında canlanma var. İnsanlar ev alıb gündəlik kirayə verərək pul qazanmağa üstünlük verirlər. Ən baha kirayə qiymətləri yüksək komfortu ilə seçilən 1 və 2 mərtəbəli villalardadır.

Belə evlərin alış qiyməti isə yerinə və vəziyyətinə görə dəyişir.

Rieltorlar bildirirlər ki, əgər belə davam etsə, evlərin qiymətində bahalaşma müşahidə oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti