Hacıqabul rayonunda qəbiristanlıqdan oğurluq edilib.
Xezerxeber.az-ın məlumatına görə, yaxınlarının məzarını ziyarətə gələn şəxs qəribə mənzərə ilə qarşılaşıb. Ziyarətçi, bacısının sinə daşının oğurlandığını görüb.
Xezerxeber.az-ın məlumatına görə, oğurluq hadisəsi Hacıqabul rayonu, Atbulaq kənd qəbiristanlığında baş verib.
Kənd sakini Yuzil Absalamov bacısının məzarını ziyarətə gələrkən onun mərmərdən olan sinə daşının oğurlandığını görüb.
Ailə üzvlərinin sözlərinə görə, məzar daşları, eləcə də sinədaşları bahalı mərmərdən olduğu üçün oğrular satmaq məqsədilə bu əməli törədiblər.
Kəndin axundu qeyd edir ki, qəbiristanlıq kənddən kənarda yerləşdiyi üçün bu cür oğurluq halları tez-tez baş verir. Odur ki, qəbiristanlıqlarda mühafizə xidməti təşkil olunsa, daha yaxşı olar.
Baş vermiş oğurluq hadisəsi ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: