Azərbaycanın ən qədim tarixi abidələrindən daha birinin bərpasına başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, 15 əsrdən çox yaşı olan Şabranın məşhur Çıraqqala tarixi abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işləri aparılır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynovun sözlərinə görə, bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb.
Qalanı görmək üçün gələn turistlər isə deyirlər ki, qala ilə bərabər yolun da düzəldilməsi ziyarətçilərin sayının artmasına təsir edər.
Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: