Bərdə rayonunda yaşayış evi yanaraq tam yararsız vəziyyətə düşüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Cəyirli kəndində müvəqqəti məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkün Şükür Şirinova məxsus evdə baş verib.
Hadisəyə elektrik naqillərindəki qısaqapanma olub. Alov ram edilib, xəsarət alan olmayib. Mənzil sahibinin sözlərinə görə, hadisə zamanı əşyalarla birlikdə xeyli miqdarda qızıl və pul da yanb.