Xəzər Xəbər

Bakıda məhəllədaxili yol avtomagistrala çevrilib - Sakinlər narazıdır - VİDEO

Veb TV | 19:11 • 18 İyul 2019
Bakıda məhəllədaxili yol avtomagistrala çevrilib -

Bakıda binalardan birinin həyəti alternativ yol olub. Sürücülər məhəllədaxili yolu sözün əsl mənasında avtomagistrala çevirib.

Bu isə bina sakinləri üçün əməlli-başlı problem yaradır. Çünki sakinlər adi vaxtlarda uşaqlarını oynamaq üçün həyətə rahat düşürə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Şirvani küçəsi 3 ünvanından gedır.

Sürücülər həmin ünvanda yerləşən 144 ailənin məskunlaşdığı 9 mərtəbəli binanın həyətindən keçən küçəni alternativ yola çeviriblər. Bina sakinləri deyir ki, illərdir bu mənzərə hökm sürür. Babək prospektindən Əhmədli istiqəmətinə gedən və əks istiqamətdə gələn sürücülər bu məhlədən istifadə edirlər. Bu isə bina sakinləri üçün əməlli-başlı problem yaradır. Onlar problemin qarşısını müəyyən üsullarla almağa çalışıblar, amma yenə problem qalmaqdadır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini də deyirlər. Onların əsas istəyi əraziyə "Giriş qadağandır" nişanı və ya şlaqbaumun qoyulmasıdır.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bina sakinlərinin arzu və şikayətləri nəzərə alınacaq. Bunun üçün vətəndaşlar ərizə ilə Yol Polisi İdarəsinə müraciət etməlidirlər. Müraciət əsasında həmin əraziyə baxış keçiriləcək. Orada həqiqətən də vətəndaşları narahat edən məqam aşkarlanarsa, aradan qaldırılacaq.

Vaqif Əsədov bina sakinləri tərəfindən yolun zəncirlə bağlanılmasına da münasibət bildirib. Qeyd edib ki, "Yol hərəkəti haqqında qanun" bunu qadağan edir. Həmin ərazidə araşdırma aparılmadan yolun bu formada bağlanılması xüsusi xidmət maşınlarının rahat və təhlükəsiz hərəkətinə, həmçinin baş verən hadisəyə anında müdaxilə edilməsinə meneə ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar