Bu ilin 6 ayı ərzində 15 mindən artıq turist Naftalan şəhərində fəaliyyət göstərən kurort və sanatoriyalara müalicə üçün müraciət edib. Bunlardan yarıdan çoxu xaricilərdir.
Xezerxeber.az-ın məlumatına görə, Naftalana 60-dan çox ölkədən turist gəlir.
Şəhərdə fəaliyyət göstərən 10 sanatoriya demək olar ki, dolub. Turist axını və Naftalanın əvvəlki şöhrətini özünə qaytarması burada yeni müalicə mərkəzlərinin tikintisinə ehtiyac yaradır.
Naftalan nefti haqqında Fransa, İspaniya, İran və Çinin nüfuzlu nəşrləri və internet portalları da maraqlı məlumatlar yayır. Bu məlumatlarda Naftalan neftinin nadir xüsusiyyətlərindən bəhs edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: