Xəzər Xəbər

Astarada 6 uşaq anası su anbarında boğulub - VİDEO

Veb TV | 19:09 • 16 İyul 2019
Astarada 6 uşaq anası su anbarında boğulub -

Astarada orta yaşlı qadın ehtiyatsızlıq ucbatından su anbarında boğulub.


Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında rayonun Kijəbə qəsəbəsində Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Canhəsən qızı Məmmədova həyat yoldaşı ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq istəyib. Yaxınlıqdakı Lovayın su anbarına gedən qadının gec qayıtmasından narahat olan Bəşir Əzizov oraya yaxınlaşanda A. Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib.

Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə 6 nəfər boğulub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti