Xəzər Xəbər

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçirilib - VİDEO

Veb TV | 19:26 • 15 İyul 2019
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçirilib -

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Türkiyə- Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir.


Xezerxeber.az xəbər verir ki, görüşdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbirin vacib əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, bu kimi görüşlər ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verir. 

Səməd Seyidov çıxışında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğala məruz qaldığına diqqət çəkərək, bu məsələdə hər iki dövlətin rəsmilərinin beynəlxalq tədbirlərdə dəstəyinin hiss olunduğunu bildirib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır beynəlxalq təhdidlərə qarşı birgə mübarizənin vacibliyinə toxunub.


Gürcüstan parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Sofio Katsarava bu formatda görüşüb mütəmadi olaraq keçirilməsinin önəmli olduğunu deyib. 

O, Azərbaycana reallaşdırdığı ilk rəsmi səfərinin davamlı olacağına ümid etidyini deyib. Komitə sədri bütün məsələlərdə Azərbaycanın dəstəyini hiss etdiklərini və bunu yüksək qiymətləndirdiklərini vurğulayıb.

Daha sonra hər üç parlamentin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Belə formatda növbəti görüşün gələn il Tbilisidə keçirilməsi qeyd edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar