Bakının Xətai rayonunda bir ətriyyat mağazası dörd dəfə qarət edilib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə mağaza sahibi Emil Hətəmov deyib.
Mağaza sahibi əvvəlki qarətlərdən sonra mağazaya kamera quraşdırıb. Kamera görüntüsündən aydın olur ki, oğru mağazaya girər-girməz kassaya yönəlir, pulları və orada olan parfümləri götürərək aradan çıxır.
Mağaza sahibi bildirir ki, oğru üç dəfə həmin qapıdan girib-çıxdıqdan sonra qapını bağlaya bilməyib. Elə buna görə həmin qapı bağlanılıb və dükana kamera quraşdırılıb.
Ümumilikdə, mağaza sahibinə 1000 manatdan çox ziyan dəyib. Mağaza sahibi oğurluqla bağlı yaxın günlərdə görüntü ilə bir yerdə polisə müraciət edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: