Xəzər Xəbər

Yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək - YENİLİK - VİDEO

Veb TV | 19:37 • 15 İyul 2019
Yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək -

Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, yeniliklərin tətbiqində əsas məqsəd bu sahədə sosial ədalətin təmin edilməsidir.

Millət vəkilinin sözlərinə görə, həyata keçiriləcək yeniliklərdən biri də yas mərasimlərinin elə qəbiristanlıqların yanında keçirilməsidir.

Maddi cəhətdən imkanı aşağı olan ailələr üçün isə yas mərasimlərini bələdiyyələr təşkil edəcək.

Qeyd edək ki, qəbiristanlıqların salınması və idarə edilməsi qaydalarına əsasən, bu ərazilərin idarəçiliyi bələdiyyələrin ixtiyarına verilir.

Siyavuş Novruzovun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən bələdiyyələr qəbiristanlıqların yeni qaydalara uyğun hazırlanması işi ilə fəal şəkildə məşğul olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar