Xəzər Xəbər

Şəki Xan Sarayının qarşısında ağacın budağı qırılıb, 19 nəfər xəsarət alıb - VİDEO

Veb TV | 19:58 • 14 İyul 2019
Şəki Xan Sarayının qarşısında ağacın budağı qırılıb, 19 nəfər xəsarət alıb -

Şəki Xan Sarayında ağacın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, saat 12:00 radələrində 500-ə yaxın yaşı olan ağacın budağı qırılaraq tursitlərin üzərinə düşüb.

Hadisə baş verən kimi icra orqanlarları məsələyə dərhal operativ reaksiya verərək, prosesi nəzarətdə saxlayıblar. Fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görüblər.

Bu arada, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Şəki Xan Sarayı ərazisindəki 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alan şəxslərdən 2-si Rusiya, 5-i isə Suriya vətəndaşıdır.

Bakı şəhərindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəkiyə göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəkiyə ezam olunublar.

Prezident İlham Əliyev Şəki Xan Sarayında baş vermiş hadisəni xüsusi nəzarətə götürüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti