Özəl çimərliklərin əksəriyyətində tibbi yardıma ehtiyacı olan zaman bəzi hallarda nə dərman tapılır, nə də ilkin yardım edən şəxs.
Odur ki, belə çimərliklərdə istirahət edənlərin əksəriyyəti problemlə üzləşir.
Xezerxeber.az-ın məlumatına görə, çəkiliş apardığımız zaman məlum oldu ki, əksər özəl çimərliklərdə tibb çantaları yoxdur. Bunun səbəbini obyekt sahiblərindən soruşmaq istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.
Ancaq bəzi özəl çimərliklərdə tibb çantalarına rast gəldik. İnzibatçıların sözlərinə görə, mütəmadi olaraq bu çantalarda olan dərman vasitələrinə ehtiyac duyurlar. Hətta bir neçə dəfə həyatı üçün təhlükə yaranan şəxslərə dərmanlar vasitəsi ilə ilkin tibbi yardım edilib.
Mövcud qanunverciliyə əsasən, qanuni ictimai çimərliklərin hamısında Fövlqəladə Hallar Nazirliyinin xilasediciləri ilə yanaşı, tibbi yardım heyəti də olmalıdır. Özəl çimərliklərdə isə tibb məntəqələrinin olması tövsiyə olunandır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: