Hər həftənin bazar günü Qazaxda atlar satışa çıxarılır.
Xezerxeber.az-ın məlumatına görə, at bazarına Şəmkir, Tovuz, Ağstafa rayonlarından da gəlirlər. Avtomobil kimi atlar da alınan zaman görünüşünə, yaşına, yerişinə görə qiymətləndirilir.
Sadiq dostların qiymətinin dəyişməsinə hansı nəsildən olması və ya hansı adı ilə məşhur olan atın balası olması da təsir edir.
Bazarda daha çox üstünlük "Dilboz" və "Qarabağ" at cinslərinə verilir.
Bazarda ən çox tələbat isə yük daşımaq məqsədilə istifadə olunan qoşqu ilə birlikdə satılan atlaradır.
Bu bazarda yaxşı at satmaq üçün maraqlı rəqabət də var. Məsələn, bir neçə bazar günü dalbadal at satan adam növbəti bazar günlərində fenomenə çevrilir və bazara gələn alıcılar yaxşı at almaq üçün həmin insana müraciət edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: