Yeni tədris ilindən daha 2 dərsliyin ehtiyat variantı hazır olacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, orta məktəblərdə tədris yükünün optimallaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. İbtidai siniflərdə Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin ehtiyat dərslik formatı hazırlanıb və onlar bir ildir ki, ölkədəki 100 məktəbdə pilot şəklində istifadə edilir. Bu sahədə fəaliyyət göstərən mütəxəssislər və ekspertlərlə də dəyirmi masalar keçirilir və onlar dərsliklərin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verirlər. Növbəti tədris ilindən etibarən isə daha 2 dərsliyin ehtiyat variantı istifadəyə veriləcək.
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlardan da danışan Ceyhun Bayramov qeyd edib ki, bu il elektron ərizə ilə qeydiyyatdan keçən müəllimlərin sayı 56 mindən çoxdur.
Nazir bildirib ki, son dəqiqləşdirmələr aparılır və yaxın vaxtlarda bütün vakant yerlər elan ediləcək. Vakant yerlərin ötən ildəkindən çox olacağı və tam tutulacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: