Neftçalada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.
Rayonun Aşağı Qaramanlı kənd sakini, 35 yaşlı Röyal Fərəcovun idarə etdiyi avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücünün qohumu, 16 yaşlı Toğrul Fərəcov hadisə yerində dünyasını dəyişib, 65 yaşlı anası Qızqayıt Fərəcova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Həkim İlqar Ağabəyov xəstənin vəziyyəti barədə məlumat verib.