Azərbaycanda taxıl sahələrinin 88,3%-də biçin başa çatıb və orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat katibi Vüqar Hüseynov məlumat verib.
O, müxtəlif rayonlar üzrə həm buğda, həm də arpanın məhsuldarlıq göstəricilərini də açıqlayıb.
Taxıl biçinində ən yüksək və ən aşağı məhsuldarlığa malik olan rayonlar da məlumdur.
Nazirlik rəsmisi qeyd edib ki, bu il 1 milyon 9 min 140 hektar sahədə taxil əkini aparılıb. Hazırki göstəricilərə əsasən, 2 milyon 847 min 162 ton məhsul yığılıb.
Ölkə üzrə yekun məhsuldarlıq göstəriciləri biçin başa çatdıqdan sonra elan ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: