Goranboyda eneolit dövründən Orta əsrlərədək bir neçə arxeoloji mədəniyyəti özündə əks etdirən çoxtəbəqəli qədim yaşayış yerində arxeoloji tədqiqatlar davam etdirilir.
Xezerxeber.az-ın məlumatına görə, buradan müxtəlif tikililər, küp qablar, heyvan sümükləri və digər qədim əşyalar aşkarlanıb.
Əldə edilən tapıntıların xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Eneolit və İlk Tunc dövrlərinə aid edilir. Burada Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi formada inşa olunan tikili qalıqları, küp qablar, müxtəlif heyvan sümükləri də aşkar edilib. İlkin tədqiqatlar göstərir ki,Goranboyun Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.
6 minə il yaxın tarixi olan qədim yaşayış yerində aşkarlanan maddi mədəniyyət nümünələri avropalı mütəxəsislərin daha çox diqqətini çəkib.
İtaliyadan dəvət olunan topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri də hazırlanır.
Onu da qeyd edək ki, Goranboy ərazisində arxeoloji tədqiqatlara Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: