Xəzər Xəbər

Azərbaycanda 12 regional tibb müəssisəsi yaradılacaq - VİDEO

Veb TV | 19:07 • 8 İyul 2019
Azərbaycanda 12 regional tibb müəssisəsi yaradılacaq -

Ölkədə 12 regional tibb müəssisəsi yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

İclasda "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında" və digər bir neçə qanun layihəsinə dəyişiklik edilməsi ilə bağlı müzakirələr aparılıb. Layihələr birinci oxunuş üçün plenar iclasa tövsiyə edilib. Həmçinin Azərbaycan nümayəndə heyətinin Cənubi Koreyaya səfəri və oradakı icbari tibbi sığorta təcrübəsinin öyrənilməsi ilə bağlı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda da 2020-ci ildən icbari tibbi sığortaya keçiləcək. Hazırda tibb müəssisələrinin göstərilən normalara uyğunlaşdırılması istiqamətində işlər gedir. Həmçinin daha ağır əməliyyatları və müalicələri də Bakıya gəlmədən bölgələrdə reallaşdırmaq üçün 12 regional tibb müəssisəsi yaradılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti