Xəzər Xəbər

Bu il evlənmək istəyənlərin 64-də QİÇS, 77-də sifilis aşkarlanıb - VİDEO

Veb TV | 20:15 • 8 İyul 2019
Bu il evlənmək istəyənlərin 64-də QİÇS, 77-də sifilis aşkarlanıb -

Bu il evlənmək istəyən 141 nəfərdə QİÇS və sifilis aşkarlanıb. Mindən çox insanın isə talassemiya daşıyıcı olduğu ortaya çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Talassemiyanın profilaktikası şöbəsinin müdiri Aysel Erdoğan deyib.

Onun sözlərinə görə, yalnız bu ilin yanvar-iyun ayları ərzində 68 min 350 nəfər qan müayinəsinə cəlb olunub.

Aysel Erdoğan deyib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.

Bu ilin ilk 6 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 23 cütlük prenatal müayinəyə cəlb olunub.

Qurum rəsmisi onu da bildirib ki, evlənmək istəyən cütlüklər əvvəlcədən icbari müayinədən keçdikləri üçün ailələrdə ildən-ilə yeni doğulan xəstə uşaqların sayı azalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar