Ötən gün II və III ixtisas qrupları üzrə keçirlən qəbul imtahanlarında 16 nəfər imtahandan xaric edilib. Buna səbəb 3 abituriyentin imatahana telefon keçirməsi, digərlərinin isə köçürmə etməsidir. Qaydalara əsasən yaz və ya yay imtahanında ciddi pozuntuya yol verən abituriyent ixtisas seçimlərində iştirak edə bilməyəcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmatahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirb.
O, imtahanların nəticəsinin elan ediləcəyi vaxtı da açıqlayıb.
İxtisas seçimi isə iyulun 24-dən avqustun 6-dək aparılacaq. Abituriyent 15-ə qədər ixtisas kodunu ərizəyə daxil edə bilər.
İmtahanlar üzrə ümumi statistik göstəricəilərə dair kitabça bu ayın 24 -nə kimi nəşr ediləcək ki, abituriyentlər bu göstəriləcilərə əsasən rəqabətin hansı səviyyədə olacağını ehtimal edə biləcək. Eyni zamanda abituriyentlər bir sıra universitetlərdə və Dövlət İmtahan Mərkəzlərində olan Abituriyent mərkəzlərinə müraciət edərək ödənişsiz texniki dəstək ala bilərlər. Hazırda qabiliyyət tələb edən ixtisaslara imtahanlar keçirilir və bu proses avqustun 2 -ə qədər davam edəcək. Bu imtahanı uğurla keçənlər 5-ci qrup üzrə ixtisasları seçə biləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: