Meksika yığması CONCACAF Qızıl kubokunun finalında ABŞ üzərində 1:0 hesabıilə qələbə qazanıb.
Çikaqoda keçirilən oyunu62 mindən çox tamaşaçı izləyib.
Yeganə qolu 73-cü dəqiqədə Covani dos Santos vurub, ona dabanla ötürməni isə turnirin "ən yaxşı” futbolçusu elan edilən Raul Ximenes atıb.
Bu, tərəflərin CONCACAF Qızıl kubokunun finalında artıq 6-cı görüşü olub: onlardan beşində meksikalılar zəfər çalıb.