Ağstafada Qafqazın ən qədim arxeoloji qazıntı sahəsi dağıdılıb. 8 min il yaşı olan qədim yaşayış məskənindən əsər-əlamət qalmayıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yerləşən ərazidən gedir.
2012-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları burada 4 il arxeoloji qazıntılar aparıblar. Tapılan maddi mədəniyyət nümunələrinin tədqiqindən sonra bəlli olub ki, qədim yaşayış sahəsi 8 min il əvvələ - Neolit dövrünə aiddir. Lakin arxeloloqlar növbəti dəfə əraziyə gəldikdə xoşagəlməz mənzərə ilə qarşılaşıblar.
Buradan tapılan mindən çox maddi mədəniyyət nümunələri isə Azərbaycan Milli Elmlər Akademiyasında saxlanılır. Artıq burada yenidən tədqiqat və ya qazıntı işləri aparmaq mümkün deyil. Çünki tapılan şəhərcik texnika vasitəsi ilə tamamıilə dağıdılıb.
Bu abidə haqqında elmi ədəbiyyatlarda məlumatlar da dərc edilib. Həmin faktlar əcnəbi arxeoloqların da diqqətini cəlb edib. Hazırda ərazini dağıdan şəxs və ya şəxslər barəsində institut tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: