Argentina millisi Amerika Kubokunda üçüncü yer uğrunda oyunda Çili kollektivinə qalib gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə başa çatıb.
Argentinanın heyətində Serxio Aquero və Paulo Dibala fərqlənib. Çilinin qolunu isə Arturo Vidal vurub.
Qeyd edək ki, oyunun 37-ci dəqiqəsində Lionel Messi və Qari Medel meydandan qovulub. Buna səbəb onların arasında baş verən dava olub.