3 əsrə yaxın yaşı olan qapan hələ də işlək vəziyyətdədir...
Yaşı 250-dən çox olan bu qapan-tərəzi Qaxın İlisu kəndindədir. Kənddəki tarixi bir dəyirmanda yükləri çəkmək üçün ondan istifadə edilir.
Üç hissədən ibarət qapan palıd ağacından hazırlanıb və bu günə qədər çürüməyib. Qapanın digər iki hissəsi isə dəmir və misdən olsa da, əl əməyindən istifadə edilməklə düzəldilib. Bu qapanın yaşının daha çox olduğu ehtimal edilir.
Tərəzi yükü dəqiq çəkmək qabiliyyətinə malikdir.
Dəyirmançı Rəşad Bəkirov qapan-tərəzini bundan sonra da qoruyub saxlayacağını bildirir.