Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü Zirvə toplantısında çıxış edib.
XəzərXəbər xəbər verir ki, SOA-nın Limada keçirilən 14-cü Zirvə iclasında çıxış edən XİN rəhbəri Elmar Məmmədyarov üzv ölkələrə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə yekdilliklə qəbul edilməsi qərarı üçün təşəkkürünü bildirib.
Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Nazir, ölkəmizin enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.
Nazir, regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb və münaqişənin həlli istiqamətində böyük səylər sərf edən ölkəmizin eyni zamanda qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.