Mebel sexindən motorları oğurlayan dəstə saxlanılıb…
Cəlilabadın Göytəpə şəhər sakini Xuraman Əliyeva bu il yanvarın 22-də yaşadığı ərazidəki polis bölməsinə müraciət edərək bildirib ki, ona məxsus mebel sexindən 13 ədəd motor oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər - Məmmədəli Nurullayev, Çingiz Feyzullayev, Tərlan Abdullayev və Vidadi Fərzullayev saxlanılıb. İlkin dindirilmə zamanı məlum olub ki, onlar motorları rayonun Pirvolnoye kəndində dəyər-dəyməzinə satıblar.
Metal qəbul edən şəxslər də istintaqa cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.