Ötən tədris ilində Azərbaycanın orta məktəblərində istifadə olunan və yararsız vəziyyətə düşən dərsliklərin sayı açıqlanıb.Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki,dərsliklərin şagirdlərdən geri yığılması hər tədris ilinin sonunda həyata keçirilir. İstifadəyə yararsız dərsliklərin sayı müəyyənləşdirilir, aktlaşdırılır və onlar tədrisdən çıxarılaraq yeniləri ilə əvəz edilir.Ötən tədris ilində yararsız hala düşən dərsliklərin sayı 827548 olub
Aparılan yoxlamalar nəticəsində ən çox hansı dərsliklərin yararsız hala düşdüyü də müəyyən edilib
Cəsarət Valehov valideynlərə, şagirdlərə dərsliklərlə davranarkən ehtiyatlı olmalarını tövsiyə edib
Mövcud qaydalara görə əgər dərsliklərin itirilməsinə və ya yararsız vəziyyətə düşməsinə istifadəçi səbəb olubsa, onlar istifadəçi tərəfindən əvəzlənir. Əks halda Təhsil Nazirliyi tərəfindən təmin edilir.