''İldən-ilə ölkəmizdə dəmiryolu şəbəkəsi inkişaf etdirilir, qatarların sürəti artırılır. Bu baxımdan dəmiryolu xətlərinin təmir edilməsi böyük əhəmiyyət kəsb edir.Ötən il də daxil olmaqla son 3 ildə 875 kilometr dəmir yolu təmir edilib.Bakıdan Böyük Kəsiyə qədər və əks istiqamətdə yol tam təmir edilib''. Bunu jurnalistlərə açıqlmasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. O bu istiqamətdə gələcək planlardan da danışıb
Cavid Qurbanov istismara verilən sürət qatarlarından istifadə səviyyəsinin gündən-günə artdığını vurğulayıb. Onun sözlərinə görə dəmiryolu şəbəkəsinin genişləndirilməsi avtomobil sıxlığını azaltmaq baxımından əhəmiyyətlidir.
Cavid Qurbanov qeyd edib ki, azərbaycanın sahib olduğu tranzit imkanlardan maksimum istifadə etmək lazımdır. Onun sözlərinə görə Azərbaycan Şimaldan-Cənuba, Şərqdən-Qərbə aparan yolların üzərində yerləşir. Buna görə də bu şəraitdən istifadə edib xeyli gəlir əldə etmək lazımdır. Qurum sədri dəmiryolu sahəsində islahatların bundan sonra davam etdiriləcəyini bildirib.