Xəzər Xəbər

Qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir VİDEO

Veb TV | 19:00 • 6 İyul 2019
Qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir

Son günlər mətbuatda Kür çayının Mingəçevirdən keçən hissəsində qanunsuz balıq ovu edilməsi və torlar qurulması barədə xəbərlər yayılıb. Hətta, bu torların avarçəkənlərin hərəkətinə çətinlik yaratdığı da bildirilib. Məsələ ilə bağlı sözügedən ərazilərdə reydlər keçirilib. Əməkdaşlarımız da orada həqiqətən də qanunsuz balıq ovunun olub-olmadığını öyrənmək üçün reyddə iştirak ediblər.

Kürün ərazisi qarış-qarış gəzildi və suda hər hansı bir torun olub-olmadığı yoxlanıldı.

Görüntülər Mingəçevirdəndir. Su Polisi və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Kür çayının Mingəçevir şəhəri ərazisindən Yevlaxdakı Varvara Su Elektrik Stansiyasınadək olan hövzəsində reyd keçiriblər. Məqsəd qanunsuz balıq ovu, eləcə də ov vasitələrinin avarçəkənlərin təlim-məşq toplantılarına yarada biləcəyi çətinlikləri müəyyənləşdirmək olub. Qayıqlarla müşahidələr aparılan zaman plastik qab və iplərdən hazırlanmış istiqamətverici buylar aşkarlanıb.

Buylar iplərdən kəsilərək yığışdırılıb.

Kür Olimpiya Tədris İdman Mərkəzindən də bildirilib ki, idmançılar indiyədək hər hansı texniki problemlə üzləşməyiblər.

Ümumilikdə isə Varvara su anbarında bu ilin altı ayı ərzində 4 qanunsuz balıq ovu faktı aşkarlanıb. Həmin faktlarla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Xəbər lenti

Çox oxunanlar