Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələ-Oğuz avtomobil yolunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobillərinin toqquşması nəticəsində Mirzəbəyli kənd sakini, 22 yaşlı Şahmurad Muradov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Nic qəsəbə sakinləri - 20 yaşlı Boyacari Dmitri , 46 yaşlı Boyacari Boris, 58 yaşlı İzafəddin Zeynalov ağır bədən xəsarətləri aldığı üçün Qəbələ Regional Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaxda isə qəzaya düşən avtomobil yanıb. Hadisə Qax -Qoragan yolunun 11-ci kilometirliyində baş verib. Sumqayıt şəhər sakini Aqşın Agayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Maşın yoldan cıxaraq aşıb və qaz turbasına dəyərək alışıb. Maşında olan sərnişinlər Sumqayıt şəhər sakinləri 78 yaşlı Qərib Əliyev, 81 yaşlı Elman Əliyev və 37 yaşlı Kəmalə Sayılova xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Qax Yanğından Mühafizə Xidmətinin iki maşını və şəxsi heyyət cəlb olunub, maşın söndürülüb.
Qeyd edək ki, Sumqayıt şəhər sakinləri Qax rayonunun Zəyəm kəndinə hüzür yerinə gedərkən hadisə baş verib.
Faktla baglı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: