Azərbaycan 1993-cü ilin iyun ayında parçalanmağın astanasından döndü. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycan bu təhlükəni dəf edə bildi. O günün canlı şahidi olan və Heydər Əliyevi hakimiyyətə dəvət edən ziyalılar xatirələrini "Xəzər Xəbər"lə bölüşüblər.
26 il öncə iyunun 9-da ümummilli lider Heydər Əliyev xalqın və ziyalıların təkidi ilə Bakıya gəldi. Bu hadisə ilə də Azərbaycanda xaosa, vətəndaş müharibəsi təhlükəsinə və Ermənistanın təcavüzkar siyasətinə qarşı peşəkar mübarizə başladı.
O günlərin canlı şahidi olan və ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə qayıdışa dəvət edən ziyalılardan tibb elmləri doktoru və millət vəkili Rafiq Məmmədhəsənov bildirir ki, qurtuluş günü Azərbycanı dövlət kimi yox olmaq təhlükəsindən qoruyan çox önəmli tarixi hadisədir.
Millət vəkili bildirir ki, Heydər Əliyev həmin vaxt hakimiyyətə qayıtmasaydı bugünkü Azərbaycan yəqin ki, mövcud olmayacaqdı.
Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtması üçün müraciət edən ziyalılardan biri də Ağsaqqallar Şurasının sədr müavini və tibb sahəsində tanınmış professor Sudeyif İmamverdiyev idi. Onun sözlərinə görə, ziyalılar o zaman Heydər Əliyevə müraciət etməklə ən doğru qərarı vermişdilər.
Sudeyif İmamverdiyev bildirir ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışı bir sıra sahələrdə dönüş yaratdı və bugünkü Azərbaycan məhz onun fədakarlığının nəticəsidir.
26 il əvvəl iyunun 9-da məhz 91 tanınmış ictima-siyasi xadim və ziyalı ümumilli liderə müraciət edərək onu paytaxta dəvət etdi. Bu müraciət bütün Azərbaycan xalqının istəyini ifadə edirdi. Dövləti ağır böhrandan xilas etmək qabiliyyətində olmayan AXCP-Müsavat hakimiyyəti də xalqın təkidi qarşısında aciz idi. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə Bakıya gələrək 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçildi. Bundan sonra isə onun səriştəsi, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı və dövləti təhlükələri bir-bir dəf etdi. Bu gəliş Azərbaycan xalqının qurtuluşu oldu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: