Bakıda kişi keçmiş həyat yoldaşını işlədiyi xəstəxananın həyətində öldürüb.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət səhər saatlarında paytaxtın Yasamal rayonunda, Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.
Xəstəxanada qeydiyyat şöbəsində işləyən 41 yaşlı Xavər İbrahimova iş yoldaşlarına keçmiş həyat yoldaşının gəldiyini bildirərək xəstəxananın həyətinə düşüb. Bir müddət sonra qadının geri dönmədiyini görən həmkarları onun arxasınca gediblər. Bu zaman qadını başı kəsilmiş, ürəyindən bıçaqlanmış vəziyyətdə görüblər.
Məlum olub ki, Xavər İbrahimova həyətdə mübahisə edən zaman keçmiş həyat yoldaşı, 40 yaşlı Faiq İbrahimov tərəfindən bıçaqlanıb. Yaralı qadın həmkarları tərəfindən dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq qadın çox qan itirdiyindən elə xəstəxanadaca ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Faiq İbrahimov polisə gedərək törətdiyi cinayətlə bağlı məlumat verib. O, saxlanılaraq istintaqa cəlb edilib. Məlumata görə, cütlük 2 ay əvvəl boşanıbmış.
Paytaxtın Binəqədi rayonuda isə qohumlar arasında dava qətlə səbəb olub. Hadisə Ağamirək İsfahani küçəsində baş verib. 66 yaşlı Vidadi Rəcəbov həm qohumu, həm də yaxın qonşusu 64 yaşlı İbrahim Mürsəlov tərəfindən bıçaqlanıb.
Hadisə yerinə gələn polis tüfeyli həyat tərzi keçirdiyi bildirilən İbrahim Mürsəlovu saxlayıb.
Hər iki faktla bağlı rayon prokurorulqlarında cinayət işi başlanıb, istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: