Xəzər Xəbər

Astara sakini tovuzquşu təsərrüfatı yaradıb - VİDEO

Veb TV | 20:15 • 10 İyun 2019
Astara sakini tovuzquşu təsərrüfatı yaradıb -

Astara sakini Murad Muradov tovuzquşu təsərrüfatı yaradıb və onu genişləndirir.

O, Almaniyadan ən bahalı olan tovuzquşu növünü rayona gətirərək təsərrüfatına qatıb.

Xezerxeber.az-ın məlumatına görə, Murad Muradov 20 ildir ki, quşçuluqla məşğuldur. Əvvəllər göyərçin, qırqovul və digər quşlar saxlayan Murad Muradov ilk dəfə təsərrüfatına tovuzquşunu İrandan alıb gətirib. 5 tovuzquşu ilə yaranan təsərrüfat sonradan Rusiya və Türkiyədən alınan müxtəlif sortlarla birlikdə 50-dən artıq tovuzquşunun yuvasına çevrilib.

Murad Muradov təsərrüfatındakı tovuzquşlarını əsasən günəbaxan toxumu, qarğıdalı və buğda ilə bəsləyir.Təsərrüfat sahibi həyətində saxladığı "qaraqanad", "sadə", "arlekin", "ağ" və "yava tovuzquşu" növlərini satmır. Ona dəfələrlə bu barədə müxtəlif bölgələrdən müraciət olunub.

Quyruğunda təxminən 200 lələk olmasına baxmayaraq bu quşlar saatda 16 km. sürətlə uça bilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti