Ankarada baş verən sel nəticəsində ölənlərin sayı 3-ə çatıb.
"Habertürk” xəbər verir ki, onlardan 2-si boğularaq, 1-i isə daşqın zamanı həyəcandan ürəktutması keçirərək həyatını itirib. Bir neçə nəfər isə boğulmaqdan son anda xilas edilib. Aramsız yağışların səbəb olduğu sel nəticəsində çox sayda tikili suya qərq olub. Nəqliyyat vasitələri sıradan çıxıb. Fəsadların aradan qaldırılması üçün fəlakət baş verən rayona çox sayda xilasedici cəlb edilib.
Bursa şəhəri sahillərində isə 10 nəfərin olduğu gəmidə baş verən texniki nasazlıqdan sonra nəqliyyat vasitəsi dənizə sürüklənib. Göyərtədə olan şəxslərdən 7-si dərhal, 1-i isə 12 saatdan sonra xilas edilib. 2 nəfərin taleyi barədə məlumat yoxdur. Onların tapılması üçün axtarışlar davam edir.
/Redaktor.az
,