Xəzər Xəbər

Honkonqda 1 milyondan çox insan küçələrə çıxdı VİDEO

Veb TV | 13:07 • 10 İyun 2019
Honkonqda 1 milyondan çox insan küçələrə çıxdı

Honkonqda 1 milyondan çox insan ekstradisiya haqqında qanunun əleyhinə çıxaraq etiraz aksiyalarında iştirak edib.

Bu barədə RİA Novosti məlumat yayıb. Etiraz aksiyaları ümumilikdə sakit keçir, ancaq şəhərin bəzi bölgələrində polislə kiçik qarşıdurmalar olub.

 

Qeyd olunur ki, Honkonq Çin, Makao və Tayvanla materik ekstradisiyası haqqında razılaşmaya qoşulmayıb. Hazırda rəsmilər bununla bağlı qanun layihəsi hazırlayır.

Qanunun qəbul edilməsi ideyası ictimaiyyət arasında ziddiyyətlə qarşılanıb və etiraz aksiyalarına səbəb olub. Onlar bunu Honkonqun muxtariyyətinin məhdudlaşdırılması kimi qiymətləndirirlər. Etirazçıların fikrinə görə, bundan sonra insan hüquqlarının müdafiəsi naminə etirazını bildirən hər bir kəsin ekstradisiya olunması ölkədə sözazadlığının boğulması ilə nəticələnə bilər./oxu.az

Xəbər lenti

Çox oxunanlar