ABŞ-ın Dallas şəhərində (Texas ştatı) tikinti kranı güclü küləyə tab gətirməyərək yaşayış binasının üstünə aşıb.
Qəza nəticəsində bir nəfər olüb, 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Xilasetmə xidmətləri zərər çəkənlərin axtarışını davam etdirir.
İnternetdə yayılan kadrlardan göründüyü kimi, binaya ciddi ziyan dəyib.