Xəzər Xəbər

Milli komandaya BİABIRÇI MÜNASİBƏT: hava limanında saatlarla... - VİDEO

Veb TV | 11:14 • 10 İyun 2019
Milli komandaya BİABIRÇI MÜNASİBƏT:

AVRO 2020 seçmə mərhələsi çərçivəsində H qrupunun 4-cü matçı üçün İslandiyaya gedən Türkiyə milli komandası böyük hörmətsizliklə qarşılaşıb.


Futbolçuların pasportunun yoxlanılması və üzərlərinin axtarılması prosesi saatlarla davam edib. Onların çantaları dəfələrlə yoxlanılıb.


Konya şəhərindən xüsusii təyyarə ilə İslandiya hava limanına uçan komanda buradan yalnız iki saat sonra çıxa bilib. Çıxışda jurnalistlərə açıqlama verən futbolçular kremlərinin içinə qədər axtarış aparılmasından və təkrar-təkrar yoxlanışdan keçmələrindən şikayətləniblər.


Bu hörmətsizlikdən dərhal sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi açıqlama verib. Nazir "milli komandamızın İslandiya hava limanında gördüyü münasibət qəbuledilməzdir. Lazımi tədbirləri görəcəyimizdən millətimizin şübhəsi olmasın”,-deyə bildirib.


Futbolçuların açıqlaması zamanı daha bir qalmaqallı hadisə yaşanıb. Belə ki, bir islandiyalı türk futbolçunun köynəyini fırça ilə təmizləməyə çalışıb. Həmin anlar kameralara əks olunub.


Qeyd edək ki, İslandiya-Türkiyə matçı iyunun 11-də yerli vaxtla 21:45-də baş tutacaq./publika.az


Xəbər lenti