Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.
XəzərXəbər xəbər verir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya millisi qarşılaşıb.
Matç Portuqaliyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Portuqalların heyətində yeganə qolun müəllifi 60-cı dəqiqədə Qonsalu Quedeş olub.
Bu matçdan əvvəl - iyunun 9-da saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə - İngiltərə oyunu keçirilib. Əsas və əlavə vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan britaniyalılar turnirin bürünc medalını qazanıblar.
Portuqaliya - Hollandiya - 1:0
Qol: Qonsalu Qediş, 60