Xəzər Xəbər

Ankaranı fəlakət bürüdü: ölən var VİDEO

Veb TV | 10:42 • 10 İyun 2019
Ankaranı fəlakət bürüdü: ölən var

İyunun 9-da axşam saatlarında Ankarada yağan güclü yağış sel və daşqına səbəb olub.

Əlverişsiz hava paytaxtın Etimesqut rayonunda böyük problemlər yaradıb.

Sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Rayon təsərrüfatının idarə olunması çətinləşib.

Ankara Böyükşəhər Bələdiyyəsi və Etimesgut rayon rəhbərliyi təsərrüfata dəyən zərərin aradan qaldırmaq üçün tədbirlərə başlayıb.

***

Sel və daşqınlar nəticəsində Aişə Arslan adlı qadın həlak olub. 56 yaşlı A.Arslanın selin axınında boğulduğu bildirilib./axar.az

Xəbər lenti

Çox oxunanlar