Bir neçə ildir ki, ölkəmizdə ipəkçiliyə maraq artdığından hər il kümçülərin də sayı çoxalır. Elə bu səbəbdən də ipəkqurdunun saxlanma qaydalarını bilmək çox böyük rol oynayır.
Xezerxeber.az-ın məlumatına görə, Göyçay rayonunun Ləkçıplaq kəndində olan kümçülər isə problemlə üzləşib.
Normalda 30-32-ci gündə ipəkqurdu barama sarıyır. Lakin kümçulərin bəslədikləri ipəkqurdunun 40-cı günü tamam olmasına baxmayaraq, hələ də barama toxumur.
Kümçüləin sözlərinə görə, bu cür vəziyyət Ləkçıplaq kəndilə yanaşı, rayonun Qaraman, Yalman, Qaraxıdır, Şəkər, Mırtı, Alıkənd, Veysəlli, Cəyirli, Kürdəmiş, Qızılağac və Məlikkənd kəndlərində də yaranıb. Onalar hesab edirlər ki, ipəkqurdun barama sarımamasına səbəb meyvə ağaclarına ziyanvericilərə qarşı vurulan kimyəvi maddənin ətrafdakı tut yarpaqlarına sirayət etməsidir.
Bununla bağlı Qax ipəkqurdu diriltmə məntəqəsinin nümayəndələri və xarici mütəxəssislər Ləkçıplaq və ətraf kəndələrə ezam olunub. Mutəxəssislərin sözlərinə görə, ipəkqurduna baxış keçirən zaman məlum olub ki, ipəkqurduna verilən yarpaqdan qurdlar zəhərlənib. Bu səbəbdən də qurdlar barama sarımığa çətınlık çəkir.
Qeyd edək ki, bu il Göyçay rayonunda 13.7 kq. ipəkqurdu toxumu 25 nümayəndəliyə verilib. Bu günə qədər 3 ton 600 kq. barama götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: