Xəzər Xəbər

Bakıda kafe yanıb - VİDEO

Veb TV | 19:11 • 9 İyun 2019
Bakıda kafe yanıb -

Bakıda kafe yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Yasamal rayonu Şərifzadə küçəsində yerləşən iaşə obyektində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, 8 yanğınsöndürən texnikası və 1 təcili yardım maşını cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı 1 yanğınsöndürən zərər çəkib. Yaralıya elə hadisə yerindəcə tibbi yardım göstərilib.

FHN əməkdaşlarının verdiyi ilkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.

Sözügedən obyektdə dağıntıların olduğu müşahidə edilib.

Dəymiş ziyanın miqdarı barədə dəqiq məlumat verilməyib.

Xəbər lenti

Çox oxunanlar