Azərbaycan Balıqçılar İttifaqı Neftçalada balıq ovu üçün turnir təşkil edib. Yalnız tilovlarla balıq tutma yarışının keçirilməsində məqsəd qadağan edilən vaxtlarda torlarla balıqların kütləvi şəkildə ovlanmasına qarşı çıxmaqdır.
Xezerxeber.az-ın məlumatına görə, tədbir Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr edilib.
Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev həvəskar balıqçıları əvvəlcə təlimatlandırıb, sonra yarışa start verilib.
Balıqçılar deyir ki, hər il bu mövsümdə bir neçə ay su hövzələrində torla balıq ovu qadağan edilsə də, brakonyerlərin fəaliyyəti davam edir. Məhz Azərbaycan Balıqçılar İttifaqının dəstəyi ilə Neftçalada təşkil dilən turnirin məqsədi brakoynerlərlə mübarizə ilə yanaşı, ölkədə balıqçılığı təşviq etməkdir.
Kimisinə sadəcə vaxt itkisi olan balıq ovu onlar üçün ən sevimli məşğuliyyət hesab edilir. Saatlarla su kənarında durub tilova ovun düşməyini gözləmək hövsələ tələb edir.
Balıqçılar deyir ki, hansı balığın nə vaxt və hansı şəraitdə ovlanmasını bilmək balıqçı üçün vacibdir.
İki gün davam edəcək yarışda ən çox balıq tutan balıqçı turnirin qalibi seçiləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: