Rusiyanın Krasnodar diyarının Soçi şəhərində iki sərnişin avtobusu toqquşub.
"Qafqazinfo” "Regnum” informasiya agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, qəzanın baş verməsinə səbəb bir avtobus sürücüsünün digərinə yol verməməsi olub.
Hadisə nəticəsində 26 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Bu haqda Səhiyyə Nazirliyinin bölgə üzrə mətbuat xidməti məlumat verib.