Yaz aylarında təsərrüfatlarda olan xırdabuynuzlu heyvanların yunu qırxılır. Ancaq tələbat olmadığı üçün tonlarla yun yığılıb qalıb.
Xezerxeber.az-ın məlumatına görə, Ucar rayonunun Lək kəndində təsərrüfatlarda qoyun qırxınından sonra yığılan yunlar satılmır. Sakinlər deyir ki, yun alıcısı yoxdur.
Kəndlilər deyir ki, yunun qəbul mətəqələrinin olması onların işini xeyili asanlaşdırar. Qiymət həddindən artıq aşağı olduğundan və alıcı olmadığından tonlarla yun ya yandırılır, ya da basdırılır.
Sakinlərin sözlərinə görə, 10 il öncə yunun 1 kq-ı 6-8 manat arasında satılırdı. Əsasən qızlar gəlin köçən zaman cehizliyin hazırlanması üçün alınırdı. İndi isə hazır cehizlərin alınması yunun qiymətinin 10 dəfəyə qədər aşağı düşməsinə səbəb olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: