Xəzər Xəbər

Ev quşlarına tələbat artıb - QİYMƏT - VİDEO

Veb TV | 20:25 • 8 İyun 2019
Ev quşlarına tələbat artıb -

Havaların isinməsi ilə quşçuluq təsərrüfatı ilə məşğul olanlar da fəaliyyətə başlayıblar. Buna görə quş bazarında ev quşlarına olan tələbat artıb.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçuda yerləşən quş bazarında yerli ev quşu növündən olan toyuqlar adətən 8-10 manat arasında satılır. Qaz, ördək və digər ev quşlarının qiyməti isə müxtəlifdir. Bazara çıxarılan quşların əksəriyyəti rayonlardan gətirilir.

Bazarda "yaponka" adlanan xoruzlar 10-12 manata və "Heyratı" xoruzları isə 20 manata təklif olunur.

Bazarda ən baha qiymətə satılan toyuqlar isə "Brahma" növüdür. Bu toyuqların böyüklərinin qiyməti 50 manatdır. Onun cücələri də kifayət qədər baha satılır.

Ən vacib məqamlardan biri isə satılan toyuq və cücələrin sağlıq vəziyyətinə necə nəzarət olunmasıdır. Satıcılar vaksinasiya işləri aparsalar da bəzən xəstəliklərdən yan keçməyin mümkün olmadığını bildirirlər. Ancaq onların sözlərinə görə, bu il ciddi xəstəlik müşahidə etməyiblər.

Satıcılar düşünür ki, xəstə quşları adətən görünüşündən də müəyyən etmək olur. Digər tərəfdən, xəstə quşların bazara çıxarılması satışdakı digər quşları da yoluxdura bilər. Ona görə də özləri bu məsələyə diqqət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar