Sumqayıt şəhərində bir ailə yaşadığı mənzili zibilliyə çevirib.
Üfunət iyi öz evi ilə bərabər qonşuların mənzilini də bürüyüb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıt şəhər 2-ci mk. bina 8/11 mənzil 25 ünvanından gedır.
Qonşuların sözlərinə görə, həmin mənzildə Təranə Bəylərova adlı psixi problemi olan qadın və Humay Bəylərova adlı yaşlı xəstə anası yaşayır. Mənzil elə bir hala salınıb ki, üfunət iyi nəinki evi, hətta bütün binanı bürüyüb. Bu mənzərdən qonşular da narahatdır.
Əraziyə nəzarət edən 6 saylı mənzil istismar sahəsinin nümayəndəsi Qorxmaz Rəhimov bildirdi ki, həmin qadın mənzilini zibillik etməklə yanaşı, hətta zooparka çevirib. Evdə yaşamaq yox, heç bir dəqiqə dayanmaq mümkün olmadığını nəzərə alaraq yaşlı qadını əsəb dispanserinə qəbul etdirsələr də, lakin bir neçə gün sonra o yenidən öz evinə qayıdıb.
Qorxmaz Rəhimov deyir ki, evin təmizlənməsi üçün tədbir görüləcək. Ehtiyac olarsa aidiyyati üzrə qurumlara da müraciət ediləcək.Qonşular da aidiyyati qrumlara ərizə ilə müraciət etdiklərini bidirdilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: