Xəzər Xəbər

Bakıda yol polisi reyd keçirib - VİDEO

Veb TV | 19:16 • 8 İyun 2019
Bakıda yol polisi reyd keçirib -

Gecə Bakıda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayon dövlət yol polis şöbəsinin əməkdaşları metronun ''Əcəmi'' stansiyası yaxınığında, Cavadxan küçəsində avtomobilinə konstruktiv dəyişiklik edən, sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən, avtoxuliqanlıq edən sürücüləri saxlayıb. Əsasən ''Niva'' markalı avtomobillərə konstruktiv dəyişiklik edən sürücülər inzbati məsuliyyətə cəlb edilib. Keçirilən tədbir zamanı polisin qanuni "saxla" əmrinə tabe olmayan avtomobil sahibinə də rast gəlinib.

Qeyd edək ki, gecə boyu yol polisi 20-dən çox avtomobili cərimə meydançasına aparıblar. Yol polisi bu cür tədbirlərin davam edəcəyini bildirir.

Xezerxeber.az reyddən görüntüləri təqdim edir:


Xəbər lenti