Braziliya millisi Qətərlə yoldaşlıq görüşü keçirib.
Oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 16-cı dəqiqədə Rişarlison hesabı açıb. 8 dəqiqə sonra isə Qabriel Xesus yekun nəticəni müəyyənləşdirib.
Oyun Neymar üçün uğursuz alınıb. 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət alaraq 21-ci dəqiqədə meydanı tərk edib. Bu zaman göz yaşlarına hakim ola bilməyən PSJ-nin ulduzu paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb.
Neymarın 15 iyun - 7 iyulda keçiriləcək Amerika Kubokunda iştirakı sual altındadır.