Portuqaliyada UEFA Millətlər Liqasının"dördlər finalı"na start verilib.
Portunun "Draqao” stadionunda keçirilən ilk yarımfinal oyununda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıblar.
Oyun Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Portuqalların heyətində 25, 88 və 90-cı dəqiqələrdə Kriştiano Ronaldo fərqlənməklə het-trikə imza atıb.
İsveçrənin yeganə qolunu isə 57-ci dəqiqədə Rikardu Rodriges penaltidən vurub.
İyunun 6-da keçiriləcək ikinci yarımfinal oyununda İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.
Turnirin və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.